Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən bəhs edən təşkilat sədri deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir.
Görüşdə çıxış edən Saatlı Tibb Kollecinin direktoru Kamal Mürsəlov vurğulayıb ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiyaya üzvlük vəsiqələri təqdim olunub.