03 may 2023-cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) İmişli bölgəsi üzrə şöbəsi və Səhiyyə Nazirliyi Saatlı Tibb Kollecində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Çıxışlar zamanı xalqın milli şüurunun formalaşmasında, mədəniyyətinin inkişafında milli-mənəvi dəyərlərin mühüm rol oynadığı vurğulanıb. Ümummilli lider Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinin qorunmasında, xalqın adət-ənənələrinin zənginləşdirilməsində müstəsna xidmətləri oluduğu diqqətə çatdırılıb. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı və diqqət haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.