8 noyabr Zəfər Günü ilə əlaqədar Saatlı rayonunda tədbir təşkil olunub. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız, cənab prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun və xalqımızın birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu, düşmən qüvvələri və ermənilərin məğlubedilməzlik mifologiyaları darmadağın edildi. Əldə olunan şanlı qələbədən sonra Qarabağın dirçəldilməsi üçün bölgədə tikinti-quruculuq işləri aparılır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdır.
Tədbir konsert proqramı ilə davam edib, konsertdə Saatlı və Sabirabad rayonundan olan musiqili qonaqlar, rəqs qrupları bir-birindən maraqlı milli və vətənpərvərlik ruhunda olan musiqili nömrələrlə çıxış ediblər.