Əziz gənclər!!!
Bu gün Saatlı Gənclər Evinin təşkilatçılığı ilə Saatlı Tibb Kollecində “Erkən nikah-uğursuz gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə erkən nikah, onun səbələri və fəsadları, qızların təhsildən yayınması, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olması mövzularına toxunuldu.
Tədbirdə mövzu ətrafında qrup işi edildi və suallar cavablandırıldı.