Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə Səhiyyə Nazirliyi Saatlı Tibb kollecinin tələbələri arasında iqlim dəyişikliyi ilə bağlı geniş debat təşkil olunub.
Debat mövzusunda tələbələr iqlim şəraiti ilə əlaqəli təbiətdə baş verən dəyişikliklər və təbii hadisələr haqqında ətraflı fikir mübadiləsi aparıblar. Debat zamanı tələbələr mövzunu əhatə edən müxtəlif foto və videoçarxlar nümayiş etdiriblər