Səhiyyə Nazirliyi Saatlı Tibb Kollecində “Qloballaşma dövründə gənclər arasında ailə dəyərlərinin əhəmiyyətinin təbliği, onun qoruması və möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək, qloballaşmanın milli və ailə dəyərləri üzərindəki təsirindən danışıb. O, ailənin cəmiyyətin təməl daşı olduğunu və gənclər arasında ailə dəyərlərinin qorunmasının milli kimliyin və cəmiyyətin sabitliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib