Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Saatlı Tibb kollecində tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət standartları və proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarına uyğun olaraq təşkil olunur.

Tədrisin təşkili direktor, direktor müavini və müvafiq qurumlar tərəfindən tənzimlənir:

Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

  • 10 bal tələbənin sərbəst işinə görə
  • 30 bal seminar (məşğələ) dərslərin nəticələrinə görə
  • 10 bal dərslərdə  davamiyyətə görə

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

  • 51(F) baldan aşağı “Qeyri-kafı”
  • 51-60(E) bal “Qənaətbəxş”
  • 61-70(D) bal “Kafi”
  • 71-80(C) bal “Yaxşı”
  • 81-90(B) bal “Çox yaxşı”
  • 91-100(A) bal “Əla”

Tədris hissəsi

  • Kollec üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Tədris qrafikinə uyğun dərs cədvəllərinin tərtib olunması;
  • Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə illik statistik hesabatların hazırlanması (1-orta ixtisas təhsili nömrəli forma illik);
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin statistika və keyfiyyətin qiymətləndirmə şöbəsinə statistik məlumatın hazırlanması;
  • “Tələbə-məzun dövlət elektron məlumat sistemi” bazasına tələbələrin məlumatlarının daxil edilməsi, dəyişdirilməsi, axtarışların aparılması və digər əməliyyatların aparılması;
  • Kolleci bitirən tələbələrə diplomların verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” proqramına məlumatların yerləşdirilməsi və məzunların sənədlərinin hazırlanması;
  • Kolleci bitirən məzunlar haqqında tələb olunan məlumatları Azərbaycan Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid registri”nə daxil edilməsi.

Tərbiyə işi

Kollecin rəhbərliyi və müəllim heyəti hər zaman çalışır ki, tələbələr ən yüksək təhsil və etik davranış qaydalarına yiyələnməklə yanaşı, bir vətəndaş, şəxsiyyət kimi yüksək vətənpərvərlik ruhunda formalaşsınlar. Tələbələrə milli-mənəvi dəyərləri qoruyub saxlamaq şərtilə humanizm, insanpərvərlik, əxlaqi saflıq, şəfqət, mənəvi kamillik, əməyə sevgi, öz peşəsini sevmək, məsuliyyətli olmaq kimi hissləri aşılamaq qarşımızda duran ən öndə vəzifələrdən biridir.

Tələbələrin tərbiyə işində qarşımıza qoyduğumuz əsas məsələlər bunlardır:

  • Hər bir tələbənin şəxsiyyət və əsl vətəndaş kimi formalaşmasına dəstək olmaq;
    Gənc nəsli tarixi köklərə bağlı olan vətənpərvərlik və müstəqil Dövlətimizin ideya və siyasi xəttinin dəstəklənməsi ruhunda tərbiyə etmək;
  • Gənclərə torpağa məhəbbət, humanizim ideyalarını aşılamaq;
  • Gələcək mütəxəssislərin siyasi savadının artırılmasına çalışmaq;
  • Gənclərə cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, siyasi və sosial münaqişələrin mahiyyəti barədə məlumat vermək;
  • Gənclər arasında təşviqat və təbliğat işlərini gücləndirmək;
  • Tələbələrin demokratik ruhda sərbəst fikir söyləmələri üçün şərait yaratmaq;
  • Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş tədbirlər görmək.