04.12.2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Saatlı Tibb Kollecində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadınlara qarşı zorakılığa YOX deyək” adlı maarifləndirici görüş keçirilib.
Görüş zamanı mərkəzin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva mövzu barədə tələbələri məlumatlandırıb, cəmiyyətdə qadınların məruz qaldığı zorakılıq hallarından danışıb və belə halların aradan qaldırılması istiqamətində ölkəmizdə aparılan təbliğat işlərindən bəhs edib, bu kimi situasiyalarla qarşılaşdıqda qaynar xəttə məlumat verməyin vacib olduğunu bildirib. Görüşdə mövzu ilə əlaqəli təqdimat, “Susma” adlı videoçarx nümayiş etdirilib, “Qadınlara qarşı zorakılığa YOX!” adlı flayer paylanılıb.