“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 06 aprel 2023-ci il tarixdə Saatlı Tibb Kollecində “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq işlərin həyata keçirildiyini, narkomaniyanın qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işi daim nəzarətdə saxlanıldığı, antinarkotik təbliğata, maarifləndirmə işlərinə, qabaqlayıcı fərdi profilaktik tədbirlərə xüsusi önəm verildiyi, insanların sağlam həyat tərzinin qorunması istiqamətində mədəni-kütləvi tədbirlərə, idman oyunlarına, görüş və dəyirmi masalara geniş yer ayrıldığı bildirildi.