Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun birlikdə təşkilatçılığı ilə 29 aprel 2024-cü il tarixində “Ümumi lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü” nə həsr olunan intellektual yarış keçirilib. I yerə “Saatlı” komandası, II yerə “Xarı Bülbül” komandası və III yerə “Lider” komandası layiq görülüb. Qalib olan tələbələr kubok, medal və diplomla mükafatlandırıldılar.