Səhiyyə Nazirliyi Saatlı Tibb Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması” adlı tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvinin XII əsrin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, əsərlərində ətraf mühitin qorunması, təbiətə sevgi və onun mühafizəsi ilə bağlı dərin fikirlər səsləndirilib. O, təbiətin gözəlliklərini təsvir etməklə yanaşı, insanların təbiətə qarşı məsuliyyətli davranması və onun qorunması zərurətinə də toxunub. Nizaminin “Xəmsə” adlanan beş əsərində – “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İsgəndərnamə” əsərlərində təbiət və ətraf mühitin mühafizəsinə dair əxlaqi və fəlsəfi fikirlər əks olunub.