Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci 27 noyabr 2024 -il tarixində “Saatlı Gənclər Evi’ sosial xidmət müəssisəsində gənclər üçün keçirilən “Şəxsi İnkişaf Festivalı”nda iştirak ediblər. Tədbir çərçivəsində natiqlər müxtəlif mövzularda maraqlı çıxışlar edərək iştirakçıların suallarını cavablandırıblar. Festival gənclərin fərdi inkişafına dəstək məqsədi daşıyıb və böyük maraqla qarşılanıb