“Tibb bacısı işi (qardaşı)” şöbəsi Saatlı Tibb Kollecində 2014-cü ildən fəaliyyət göstərir.
İxtisas: Tibb bacısı işi (qardaşı)
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
Təhsil növü: Əyani
İxtisas kodu: 040714
“Tibb bacısı işi (qardaşı)” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:
1. Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
2. Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
3. Tibb bacısı işinin nəzəri əsaslarını;
4. Xəstəxanada şöbələrin işinin təşkilini;
5. Əhaliyə tibbi xidmətin göstərilməsinin təşkilini;
6. Əhalinin vaksinasiyasını və vaksinasiyanın statistik hesabatını;
7. Mualicə-profilaktik işlərin və sanitar-maarifləndirmə işlərinin yerinə yetirilməsini;
8. Xəstələrə qulluğun və paliativ yardımın təşkili və həyata keçirilməsini;
9. Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;
10. Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların yerinə yetirilməsini;
11. Dərman preparatlarının alınması və saxlanılmasını;
12. İşlənmiş materialların toplanmasını, atılmasını və utilizasiyasını;
13. Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını.